Modern.az

Polis Qubadlıya getmək istəyənləri SAXLADI

Polis Qubadlıya getmək istəyənləri SAXLADI

Aktual

3 Aprel 2021, 12:18

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçərək özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.


 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı Qubadlı rayon sakinləri Vəli Məmmədov, Allahverdi Mustafayev və Tofiq Əsgərov rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.


 
Həmin şəxslər saxlanıldıqdan sonra barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok