Modern.az

Turistləri “Azərxalça” xalçaları ilə yola salacağıq!

Turistləri “Azərxalça” xalçaları ilə yola salacağıq!

15 İyun 2021, 10:54

Bu gündən Azərbaycana səyahətə gələn xarici turistlər öz vətənlərinə “Azərxalça”nın möhtəşəm xalçalarını alaraq  qayıdacaqlar.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) “Azərxalça” ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başladı.  Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.

 

Dünya bazarında özünə məxsus yeri olan Azərbaycan xalçalarının  ölkədə ən böyük istehsalçısı olan “Azərxalça” ASC yaxın zamanlarda müxtəlif məkanlarda çox saylı satış nöqtələrini açmaqla yanaşı tarixdə ilk dəfə özünün ilk və ən böyük mağaza – showroom- un təqdimatını edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok