Modern.az

Bakı küləyi "Olimpiakos"un oyunçusuna çətin anlar yaşatdı - VİDEO

Bakı küləyi 

Aktual

28 İyul 2021, 22:10

"Neftçi" və Yunanıstan "Olimpiakos"u arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə qeyri-adi hadisə baş verib.

 

Modern.az xəbər verir ki, 23-cü dəqiqədə qonaq komandanın futbolçusu Matyö Valbuena künc zərbəsini yerinə yetirmək istərkən çətin anlar yaşayıb. 37 yaşlı yarımmüdafiəçi topa yaxınlaşdığı vaxt güclü külək künc bayrağını silkələyərək, ona mane olub.

 

Qeyd edək ki, "Bakcell Arena"da keçirilən görüşdə hazırda "Olimpiakos" öndədir - 1:0.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok