Modern.az

Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət

Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət

Aktual

1 Avqust 2021, 15:28

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

 

Modern.az xəbər verir ki, müraciət səfirliyin sosial şəbəkə hesabında paylaşılıb.

 

“Son günlər Türkiyə ərazisində baş verən meşə yanğınları və digər təbii fəlakətlərdən əziyyət çəkən həmvətənlərimiz Səfirlikdə yaradılmış “05372826740 qaynar xətt” nömrəsi ilə əlaqə saxlaya bilərlər”, - paylaşımda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok