ARDNŞ prezidenti Rövnəq Abdullayevlə bp şirkətinin icraçı direktoru Robert Dadli arasında görüş keçirilib. Neft Şirkətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycana səfərə gəlmiş BP şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi üzrə Rəhbər Komitənin qərarı ilə təşkil edilmiş alt komitənin istər Londonda, istərsə də Bakıda məhsuldar çalışdığını, effektiv tədbirlər görüldüyünü, yataqların qısamüddətli və uzunmüddətli işlənilməsi planlarının hazırlandığını təqdir hissi ilə qeyd edilib.
Azərbaycana bir daha səfər etməsindən məmnunluğunu bildirən Robert Dadlı ötən üç ayda AÇG blokunda hasilatın stabillləşdirilməsi məqsədi ilə görülmüş işləri müsbət qiymətləndiib, göstərilən dəstəyə və köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Modern.az