Artıq bir neçə gündür ki, Facebook sosial şəbəkəsində müğənni Brilliant Dadaşova (Suleyman) profilində özü yazır. Amma deyəsən, Süleyman adı bəzi mətbu orqanları çaşdırıb, hətta bəziləri bunu “Brilliant Dadaşova kişi profilindən yazır kimi” yozublar. Əslində isə səbəb sadədir. Sənətçi bununla bağlı açıqlama yayıb. Modern.az göndərdiyi açıqlamada B.Dadaşova bu addımı saxta profillərdən qorunmaq üçün etdiyini bildirib.
“Məlum olduğu kimi sosial şəbəkələrdə müğənnilərin adına saxta profillər açılır. Bəzən bir müğənninin 4-5, hətta daha çox adda profilinə rast gəlmək mümkündür. Mən facebook-da profil açarkən bu adda profillərin artıq mövcud olduğunu və bu profillərdə fotoşəkillərimdən istifadə edildiyinin şahidi oldum”.