Modern.az

Helikopter qəzasında 3 zabitimiz həlak olub - SİYAHI

Helikopter qəzasında 3 zabitimiz həlak olub - SİYAHI

Aktual

11 Fevral 2013, 14:19

Müdafiə Nazirliyi Bakıda qəzaya uğrayan hərbi helikopterdə ölən hərbçilərin adlarını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj uzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhuseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olub.

Rüstəm Rüstəmovun meyidi dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.

Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok