Modern.az

“Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu

“Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu

1 Oktyabr 2022, 19:57

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun mərkəzi oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, derbi matçında "Qarabağ" klubu "Neftçi"ni qəbul edib.

 

"Azersun Arena"da baş tutan matç "Qarabağ" komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Qarabağ”ın heyətində Kadi Borges (57), Abdullah Zubir (68) və Kvabena Ovusu (74) fərqləniblər. “Ağ-qaralar”ın yeganə qolunu isə Eddi İsrafilov (24) vurub.

 

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Qarabağ" vahid lider olub. "Neftçi" isə 18 xalla ikinci sırada qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır