Modern.az

Arayik erməni spikeri “sual yağışına” tutdu

Arayik erməni spikeri “sual yağışına” tutdu

Aktual

14 Oktyabr 2022, 13:38

Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanla görüşüb.

 

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Ermənistanın siyasi gündəliyi ilə bağlı məsələlər müzakirə olunub.

 

Simonyan beynəlxalq tərəfdaşlarla keçirilən son görüşlərin təfərrüatı və bir neçə gün əvvəl Rusiyaya səfərinin nəticələrindən söz açıb.

 

İki saat davam edən görüşdə qondarma rejim rəhbəri bəzi suallara cavab tapmağa çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi