Modern.az

Azərbaycan xalqı gözümüzün işığıdır - Xameneinin müşaviri 

Azərbaycan xalqı gözümüzün işığıdır - Xameneinin müşaviri 

Aktual

20 Noyabr 2022, 19:43

İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur.

 

Modern.az xəbər verir ki, bunu İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bildirib.

 

"Eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır", - o qeyd edib.

 

Vilayəti bildirib ki, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayır.

 

"Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir. Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq", - Xameneinin müşaviri deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub