Modern.az

Tbilisidəki faciəvi partlayışdan dərindən kədərlənirik - XİN

Tbilisidəki faciəvi partlayışdan dərindən kədərlənirik - XİN

Ölkə

Bu gün, 21:31

Azərbaycan Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərindən kədərlənirik. Doğmalarını itirmiş ailələrə səmimi qəlbdən başsağlığı veririk və fikirlərimiz bu faciədən zərər çəkən hər kəslədir. Yaralananların tezliklə və tam sağalmasını arzulayırıq", - paylaşımda bildirilib.

 

Sizə yeni x var
Keçid et
İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!