Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ-ın təklif etdiyi kompromislərə razılıq verdiyini bildirib.
Modern.az xəbər verir ki, Putin Ukrayna və Avropa İttifaqının həmin təkliflərə razılıq verib-verməyəcəyinin açıq qaldığını deyib.
“Məsələ ondadır ki, Ukrayna və Avropa İttifaqı bu kompromislərə razılıq vermək istəyirmi? Gördüklərimizə əsasən, hazırda istəmirlər”, – Putin əlavə edib.