Modern.az

Üç qız anasının üçəm qızı oldu - FOTO

Üç qız anasının üçəm qızı oldu - FOTO

Aktual

21 Noyabr 2022, 17:35

Şəmkir sakini Gəncədə üçəm dünyaya gətirib. 

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Regional Perinatal Mərkəzdə 30 yaşlı Günel Məmmədova hamilələyin 31-ci həftəsində üç qız övladı dünyaya gətirib.

 

Doğuş təbii yolla olub. Uşaqlar nəzərdə tutululan müddətdən tez dünyaya gəldiyindən, bir müddət həkim nəzarətində saxlanılacaqlar. 

 

Qeyd edək ki, bu qadının 4-cü hamiləliyidir. Bundan öncə ailənin 5, 6 və 8 yaşlarında 3 qız övladı doğulub. Hazırda həkimlər ananın və körpələrinin vəziyyətini normal dəyərləndirir.

 

Oğul arzusunda olan Məmmədovlar ailəsinin yeni doğulan 3 qız övladına Nurtəkin, Aytəkin və Gültəkin adları verilib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü