Modern.az

Ziya İbrahimov azadlığa çıxıb

Ziya İbrahimov azadlığa çıxıb

24 Noyabr 2022, 12:18

Bu il avqustun 4-də Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən ictimai fəal Ziya İbrahimov azadlığa çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib.

 

"Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki işə xitam verilib və məhkəmə zalından sərbəst buraxılıb. İttihamda göstərilən hər iki icra vərəqəsi tam icra oldunuğu üçün Ziya İbrahimov azadlığa buraxılıb”, - vəkil bildirib.

 

Qeyd edək ki, bu il mayın 19-da Almaniyadan deportasiya edilən Ziya İbrahimov Bakı hava limanında həbs edilib. Onun 2019-cu ildən axtarışda olduğu bildirilib.

 

Ziya İbrahimova qarşı Cinayət Məcəlləsinin 306.1 (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsilə cinayət işi açılıb. Bu cinayət işi onun keçmiş həyat yoldaşının pul tələbilə bağlı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi