Modern.az

Fransızlar Hind okeanında neft tankerini ələ keçirdi

Fransızlar Hind okeanında neft tankerini ələ keçirdi

Dünya

13 Oktyabr 2026, 00:59

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında neft tankerini saxlayıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, “DF Peak” adlı gəmi saxta bayraq altında hərəkət edib və guya yanacağın “qanunsuz” daşınmasında iştirak edib.

“Beynəlxalq dəniz hüququna uyğun olaraq həyata keçirilən bu əməliyyat qanunun aliliyini təmin etmək və harada baş verməsindən asılı olmayaraq, bütün növ qanunsuz daşımalarla mübarizə aparmaq əzmimizi nümayiş etdirir”, — deyə Makron yazıb.

Gəmi Hind okeanının cənub-qərb hissəsində yerləşən Reyunyon adasından 450 dəniz mili cənubda saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı