Modern.az

Çempionlar Liqası: “Sabah” Bakıda ilk ev oyununa çıxır

Çempionlar Liqası: “Sabah” Bakıda ilk ev oyununa çıxır

İdman

Bu gün, 08:47

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tur başlayır. 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa “Slaviya”sını qəbul edəcək. 

Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idarə edəcəklər.

Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub. 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, II tur

13 oktyabr

20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya)
Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)
Bakı Olimpiya Stadionu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib