Qarabağ separatçılardan təmizlənməyincə pak olmayacaq...

Qarabağ separatçılardan təmizlənməyincə pak olmayacaq...

Aktual

4 Dekabr 2022, 20:25

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Dünən Laçın yolunda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının monitorinq aparması separatçı-terrorçu hayları sözün əsl mənasında silkələdi. Onların “üst-başından” tökülən çirkli vay-şüvən isə əsl ekoloji problemin məhz elə bu məxluqların özləri olduğunu bir daha sübut etdi.

Baxın, özünü arsızcasına “artsax respublikasının xin naziri” vəzifəsinin icraçısı  hesab edən David Babayan məsələyə reaksiyasında “...bu, sülhməramlılara qarşı yönəldilmişdir və beynəlxalq ictimaiyyətin, eləcə də sivil dünyanın üzünə şapalaq vurmaq deməkdir”, - deyə Azərbaycanı bu hərəkətinə görə nəinki şərtsiz qınamaq, hətta məsuliyyətə cəlb edilməsini qeyd edir. Bu azmış kimi, əlavə olaraq qondarma “Artsax xin”i öz “açıqlamasında” “bu terror aktı eyni zamanda, Laçın dəhlizi ilə bağlı beynəlxalq səviyyədə əldə olunan razılaşmanı pozur və Rusiya Federasiyasının regionda sülhməramlı missiyasına zərbə vurur. Azərbaycanın soyqırımı siyasəti və hərəkətləri dünya sivilizasiyasına ciddi meydan oxuyur və beynəlxalq hüquqa qarşı hörmətsizlik, eləcə də laqeyd münasibət nümayiş etdirir”, - deyə utanmadan beynəlxalq hüquqdan dəm vurur.

Göründüyü kimi, istər Babayan, istərsə də əldəqayırma “Artsax xin”i öz “açıqlamalarında” həmişə olduğu kimi Rusiyanı irəli verərək, dərilərinin tezliklə “soyulacağını” yaxşı bildiklərindən özlərini indidən həm sığortalayır, həm də Azərbaycanın guya Rusiyadan hansısa formada ehtiyat edəcəyini güman edirlər. Ancaq haylar unudur ki, Azərbaycanın monitorinq aparmaqda elə əsas məqsədi, Rusiya “sülhməramlıları”nın yarıtmaz fəaliyyətini - Qarabağ iqtisadi zonasından yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi, terror törətmək “ustası” olan İran vətəndaşlarının qanunsuz olaraq Xankəndiyə buraxılması, separatçı-terrorçu ermənilərə humanitar yardım adı ilə silah daşınması, səngər qazılmasına imkan verilməsi və digər bu kimi əməlləri ifşa edib qarşısını almaqdır.

Sözsüz ki, Qarabağda beynəlxalq ictimaiyyətin və sivil dünyanın üz-gözünə 30 ildən çoxdur tüpürən bu terror üfunəti verən Babayanlar hələ də qanmırlar ki, sivil dünya, həmçinin beynəlxalq ictimaiyyət separatçı erməni timsahlarının göz yaşlarına artıq inanmır.

Beynəlxalq hüquqa gəlincə isə separatçılar bir şeyi bilməlidirlər ki, Qarabağ iqtisadi zonası Azərbaycanın dünya tərəfindən tanınmış suveren ərazisi olduğundan, dövlətin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ərazilərdə istənilən vaxt monitorinq aparmaq hüququna malikdir. Bu üzdən illərdir çirkaba bulaşmış separatçıların burada daş atıb başlarını tutmaları və ya şüvən salmaları əbəsdir.

Ancaq separatçılar həyasızlıqlarından heç bir halda əl çəkmək istəmirlər. Diqqət edin, əldə qayırma “Artsax”ın “ekologiya komitəsi” “bəyanat” verib ki, “Artsaxda torpaqlardan istifadənin prinsipləri və qaydaları, habelə torpaqlardan istifadəsi ilə bağlı münasibətlər Artsax respublikasının Torpaqlar haqqında Məcəlləsi ilə tənzimlənir. ...respublikanın torpaqları dövlətin müstəsna mülkiyyətidir və ekoloji və sosial məsuliyyətin qabaqcıl beynəlxalq standartlarına uyğun olaraq istifadə olunur”.

Əlbəttə, hayların bu və ya digər həyasız yanaşmaları bir daha onu təsdiq edir ki, Qarabağda ən böyük “ekoloji problem” elə separatçı-terrorçuların bu ərazidə mövcudluğu və onlara hər cür şərait yaradan Rusiya “sülhməramlıları”nın özbaşınalığıdır.

Bu üzdən, rəsmi Bakı ilk növbədə Rusiya “sülhməramlıları”nın qarşısına öz qəti tələblərini qoymalıdır. Burada ilk növbədə üçtərəfli bəyanatın 4-cü bəndinin icrası, başda Arayik Arutyunyan, Ruben Vardanyan, David Babayan, ümumiyyətlə bütün separatçı “yan”ların həbs edilməsinə mane olmaması, Ermənistan-Azərbaycan arasında Laçın yolundakı nəzarət keçid məntəqəsində Azərbaycan sərhədçiləri ilə yoxlamaların birgə həyata keçirilməsi və 1988-ci ilə qədər qeydiyyatda olan və sonrakı illərdə qanunsuz məskunlaşmış ermənilərin siyahıya alınmasının dəqiqləşdirilməsinə şəraitin yaradılması qeyd edilməlidir. 

Çünki Qarabağ iqtisadi zonasında yalnız təbiət baxımından ekoloji monitorinqin keçirilməsi nə qədər vacib olsa da, Azərbaycan torpaqları murdar erməni separatçılarından təmizlənməyincə heç vaxt pak olmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq