Modern.az

Bakıda və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq

Ölkə

Bu gün, 17:06

Noyabrın 25-də Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bölgələrində güclü külək gözlənilir.

Modern.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Hacıqabul, Neftçala, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Göyçay, Naftalan, Goranboy, Daşkəsən, Şəki və Oğuzda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti 20,8–28,4 metr/saniyəyədək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti 13,9–20,7 metr/saniyə təşkil edəcək.

***

16:25

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Modern.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildiirlib ki, Azərbaycanın rayonlarında noyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı