Modern.az

Qanunsuz taksi fəaliyyətinə qarşı REYD

Qanunsuz taksi fəaliyyətinə qarşı REYD

Aktual

17 Fevral 2023, 18:57

Qeyri-qanuni taksi fəaliyyəti və müntəzəm avtobus marşrutları üzrə sərnişin daşımaları hallarının qarşısının alınması, təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ətrafında reyd keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Məlumata görə, AYNA-nın Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə həyata keçirdiyi reyd ölkənin müxtəlif şəhər və rayonlarından biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı aparılıb.

 

Bildirilir ki, avtomobillərini yolun hərəkət hissəsində saxlayan sürücülər hərəkətin intensiv olduğu həmin ərazidə sıxlıq yaratmaqla ictimai asayişi kobud şəkildə pozurlar. Reyd zamanı qanunsuz sərnişindaşıma ilə məşğul olan bəzi sürücülər barəsində cərimə tətbiq olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi