Modern.az

"Titanik"ə görə yoxa çıxanlardan XƏBƏR VAR 

Aktual

22 İyun 2023, 20:55

ABŞ Sahil Mühafizəsi Xidməti "Titanik" gəmisinin batdığı yerin yaxınlığında yoxa çıxan "Titan" sualtı platformasının axtarış zonasında naməlum qalıqlar aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Xidmətin mətbuat xidməti məlumat yayıb.

 

"Qalıqların olduğu ərazi "Titanik"in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı vasitənin köməyi ilə müəyyən edilib. Mütəxəssislər komandanlıqla birlikdə bu məlumatı öyrənirlər", - açıqlamada deyilir.

 

Bildirilir ki, platformada 96 saatlıq oksigen balonu və 5 nəfər olub.

 

Xatırladaq ki, Böyük Britaniyaya məxsus "Titanik" sərnişin gəmisi 1912-ci ildə ilk səyahətində aysberq çırpılaraq batıb və 1500-dən çox insan həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et