Modern.az

Ermənistanda yay çağırışı başlayır - Qadınlar da hərbi xidmətə aparılır

Ermənistanda yay çağırışı başlayır - Qadınlar da hərbi xidmətə aparılır

25 Aprel 2024, 12:24

Sıravi şəxsi heyətin müddətli həqiqi hərbi xidmətə və alternativ xidmətə yay çağırışı aprelin 29-dan iyulun 31-dək keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə qərar aprelin 25-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Hərbi çağırış 18 yaşı tamam olan və ya əvvəllər xidmətdən möhlət hüququ 2024-cü il iyunun 30-u daxil olmaqla başa çatan Ermənistan vətəndaşlarına şamil edilir.

Martın 1-dək könüllü olaraq hərbi xidmətə getmək üçün ərizə vermiş qadınlar da çağırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok