Modern.az

Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat - 23 nəfər saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat - 23 nəfər saxlanıldı

25 Aprel 2024, 11:36

Türkiyə xüsusi xidmət orqanları tərəfindən İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, 10 şəxs Suriya ilə həmsərhəd Hatay vilayətində saxlanılıb.

 

“Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - nazir qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok