Modern.az

Elmira Süleymanova dəfn edilib - YENİLƏNİB

Elmira Süleymanova dəfn edilib - YENİLƏNİB

Aktual

25 Aprel 2024, 15:31

Azərbaycanın ilk Ombudsmanı (İnsan Hüquqları üzrə Müvəkkili) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub.

 

Modern.az xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

14:52

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutub.

 

Vida mərasimində mərhumun yaxınları, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

***

14:32

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutub.

 

Xatırladaq ki, E.Süleymanova aprelin 25-də 87 yaşında vəfat edib.

 

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. O, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub. E.Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə insan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok