Modern.az

Veyisli kəndində səyyar qəbul keçirildi - FOTO

Veyisli kəndində səyyar qəbul keçirildi - FOTO

Aktual

25 Aprel 2024, 14:28

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Veyisli kəndində səyyar qəbul keçirdi. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi və rabitə təsərrüfatı xətlərinin yenilənməsi məsələlərinin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok