Modern.az

100-dən çox məhbus həbsxanadan qaçıb

100-dən çox məhbus həbsxanadan qaçıb

25 Aprel 2024, 14:32

Nigeriyanın paytaxtı yaxınlığındakı Sulejada leysan yağışları nəticəsində azı 118 məhbus həbsxanadan qaçıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qaçan məhbuslardan 10-u tutularaq yenidən həbsxanaya qaytarılıb. Hazırda digərlərinin axtarışı istiqamətdə əməliyyatlar davam etdirilir.

 

Açıqlamada qaçan məhbusların kimliyi barədə heç bir məlumat verilmir. Lakin bildirılir ki, Suleja həbsxanasında vaxtilə “Boko Haram” terror qruplaşmasının üzvləri saxlanılırdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok