Modern.az

Rüfət Səfərovun həbs müddəti uzadıldı

Rüfət Səfərovun həbs müddəti uzadıldı

Aktual

29 Aprel 2025, 16:03

Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb.

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Məhkəmə yeni sübutların toplanmasını nəzərə alaraq müddətin artırılmasını zəruri hesab edib.

Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.

Qeyd edək ki, R.Səfərov 4 ay əvvəl həbs edilib. Ona qarşı ilkin olaraq külli miqdarda dələduzluq və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittihamlar irəli sürülüb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?