Ermənistanın Baş naziri Nikol Pashinyan ölkəsinin Rusiya ilə qarşıdurma niyyətində olmadığını bildirib.
Modern.az xəbər verir ki, Paşinyan çıxışı zamanı Ermənistanın imkanlarının və geosiyasi çəkisinin nəzərə alınmalı olduğunu deyib.
“Biz Rusiya ilə konfliktə getməyəcəyik. Birincisi, Rusiya ilə qarşıdurma bizim miqyasımıza uyğun deyil. Biz kiçik dövlətik. Bu, bizim məqsədimiz də deyil”, - Ermənistan baş naziri vurğulayıb.
Paşinyan əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüdür və bu amil də münasibətlərdə nəzərə alınmalıdır.