Modern.az

Kiyevdə matəm elan olundu

Kiyevdə matəm elan olundu

Dünya

Bu gün, 17:40

Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub.

Modern.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.

“Sabah — 15 may Kiyevdə matəm günü elan olunur. Bu qərar düşmənin paytaxta həyata keçirdiyi ən kütləvi hücumun qurbanlarının xatirəsinə qəbul edilib”, — mer bildirib.

Kliçkonun sözlərinə görə, sabah şəhərdə bayraqlar yarıyadək endiriləcək, əyləncəli tədbirlərin keçirilməsi qadağan olunub.

Hazırda Kiyevin Darnitski rayonunda yaşayış binasında dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam edir.

Son məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?