“Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı” təsdiqlənib.
Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.
Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair
TƏDBİRLƏR PLANI
|
Sıra №-si |
Tədbirin adı |
Əsas icraçı |
Digər icraçılar |
İcra müddəti |
|
1. |
Qlobal çağırışlar, ölkənin və regionların sosial iqtisadi inkişaf istiqamətləri və əmək bazarının tələbləri nəzərə alınaraq, ortamüddətli dövr üçün regionlarda peşə ixtisasları üzrə kadr hazırlığına dair tələbatın müəyyən edilməsi |
İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası |
2026-cı il |
|
2. |
Peşə təhsilli ixtisaslı kadrlara daha çox ehtiyacı olan və ortamüddətli dövrdə inkişafına investisiya qoyulacaq regionların və bu regionlarda tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələri üzrə kadr hazırlığı həyata keçiriləcək peşə ixtisaslarının müəyyən edilməsi |
Elm və Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası |
2026-cı il |
|
3. |
Regionlar üzrə kadr tələbatını formalaşdıran əmək bazarı iştirakçılarından peşə ixtisasları üzrə kadr hazırlığı sifarişlərinin toplanması və müvafiq niyyət protokollarının rəsmiləşdirilməsi |
Elm və Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası |
2026- 2027-ci illər |
|
4. |
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində kadr hazırlığı həyata keçiriləcək peşə ixtisasları üzrə müvafiq sahəyə aid işəgötürənlərin iştirakı ilə bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları tərəfindən peşə və kvalifikasiya standartlarının hazırlanması və təsdiq edilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası |
2026- 2028-ci illər |
|
5. |
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində kadr hazırlığı həyata keçiriləcək peşə ixtisasları üzrə müvafiq sahəyə aid işəgötürənlərin iştirakı ilə təhsil proqramlarının yenilənməsi (yenidən hazırlanması), səriştə əsaslı dual təhsil proqramlarına üstünlük verilməsi, müasir sahələr (rəqəmsal, yaşıl enerji, süni intellekt, kiber təhlükəsizlik və s.) üzrə bacarıqların kurikulumlara daxil edilməsi, bu peşə təhsili müəssisələrində tədris olunacaq peşə ixtisasları üzrə maarifləndirici və stimullaşdırıcı təşviqat tədbirlərinin təşkili |
Elm və Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası |
2026- 2029-cu illər |
|
6. |
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində beynəlxalq ikili diplom proqramlarının tətbiqi |
Elm və Təhsil Nazirliyi |
|
2029- 2030-cu illər |
|
7. |
Peşə təhsil sisteminin potensialının gücləndirilməsi tədbirləri çərçivəsində alternativ maliyyə mənbələri imkanlarının araşdırılması və tətbiqi üzrə təkliflərin verilməsi |
Elm və Təhsil Nazirliyi |
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası |
2026- 2027-ci illər |
|
8. |
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrinin layihələndirilməsi məqsədilə müvafiq sahədə işəgötürənlərin iştirakı ilə maddi-texniki baza və infrastruktur (tədris binaları, emalatxanalar, laboratoriyalar, avadanlıqlar və s.) üzrə texniki-iqtisadi əsaslandırma nəzərə alınmaqla tələblərin müəyyən edilməsi |
Elm və Təhsil Nazirliyi |
İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası |
2026- 2027-ci illər |
|
9. |
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrinin təcrübəli və bilikli mühəndis-pedaqoji heyətlə komplektləşdirilməsi, eləcə də işəgötürənlərin müvafiq işçilərinin müəllim kimi təhsil prosesinə cəlb olunmasının nəzərdən keçirilməsi |
Elm və Təhsil Nazirliyi |
İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası |
2028- 2030-cu illər |
|
10. |
Təhsilverənlərin (mühəndis-pedaqoji heyət) intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması məqsədilə davamlı peşə inkişafına xidmət edən ixtisasartırma və yenidənhazırlama təlimlərinin təşkili |
Elm və Təhsil Nazirliyi |
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası |
2026- 2030-cu illər |
|
11. |
Peşə təhsili müəssisələrinin tikintisi və təmiri işlərinin layihələndirilməsi ilə bağlı zəruri sənədlərin hazırlanması, razılaşdırılması və təsdiqi |
Elm və Təhsil Nazirliyi |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2026- 2028-ci illər |
|
12. |
Peşə təhsili müəssisələrinin tikintisi və əsaslı təmiri işlərinin maliyyələşdirilməsi şərtlərinin müəyyən edilməsi |
Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu |
|
2026-cı il |
|
13. |
Peşə təhsili müəssisələrinin tikintisi və əsaslı təmiri işləri üzrə ayrılan vəsaitlərin istifadəsinin monitorinqinin aparılması |
Dövlət Neft Fondu |
Elm və Təhsil Nazirliyi |
2027- 2030-cu illər |
|
14. |
Tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrinin fəaliyyətinin peşə təhsili sahəsinin inkişafı, əmək bazarında ixtisaslı kadr tələbatının qarşılanması və gənclərin məşğulluğunun təmin edilməsi baxımından qiymətləndirilməsi və bu barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi |
Elm və Təhsil Nazirliyi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2030-cu |