Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova tutduğu vəzifəni tərk edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif Özyurek bildirib
“Türkiyədəki Səfirliyimizdə 27 illik “fəaliyyətindən” sonra təhsil müşaviri Nəcibə xanım nəhayət getdi!
Düzünü desəm, indiyə qədər xüsusilə Xəzər müəllim və Rəşad müəllimin dövründə səfirliyimizin fəaliyyətini çox bəyənmişəm. Səfirliyimizin ictimaiyyətə açıq olması məni sevindirir. Amma səfirliyin ən uğursuz kadrı məhz Nəcibə xanım idi. Diplomatik korpusumuzu təbrik edirəm.
İnşallah, yeni müşavir gənc, eqosuz və işgüzar biri olar. İnanıram ki, elə də olacaq”, - jurnalist qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Nəcibə Nəsibovan vəzifədən çıxarıldığı barədə məlumat yayılmışdı. O, 1992-ci ildən müşavir vəzifəsində çalışırdı.
Qeyd edək ki, artıq Nəcibə Nəsibovanın yerinə təyinat olub. Onu Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov əvəzləyib.