Modern.az

Ukrayna Avropanın ən güclü ordusudur - ETİRAF

Ukrayna Avropanın ən güclü ordusudur - ETİRAF

Aktual

Bu gün, 16:13

ABŞ dövlət katibi Marco Rubio Ukrayna Silahlı Qüvvələrinin hazırda Avropanın ən güclü və döyüş qabiliyyətli ordusu olduğunu bildirib.

Modern.az xəbər verir ki, Rubio bu fikirləri Çin səfəri zamanı Fox News telekanalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Ukrayna ordusunun bu səviyyəyə çatmasının əsas səbəbi əldə etdiyi döyüş təcrübəsidir.

Rubio qeyd edib ki, bu nəticə yalnız xarici dəstək hesabına deyil, həm də müharibə şəraitində formalaşan praktiki hərbi təcrübə ilə bağlıdır.

ABŞ dövlət katibi Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarına da toxunub. O bildirib ki, son iki ayda Vaşinqton bu prosesdə “impulsun bir hissəsini itirib”.

Rubionun sözlərinə görə, Ukrayna cəbhədəki vəziyyət və qışı keçməsi səbəbindən özünü daha inamlı hiss edir. Rusiya isə neft qiymətləri fonunda daha optimist mövqedədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?