Modern.az

“İlham Əliyev və Serj Sərkisyan Qarabağ münaqişəsini müzakirə ediblər” - AÇIQLAMA

“İlham Əliyev və Serj Sərkisyan Qarabağ münaqişəsini müzakirə ediblər” - AÇIQLAMA

Aktual

27 Mart 2014, 10:25


Azərbaycan və Ermənistan prezidentləri Haaqada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Modern.az saytının xəbərinə görə, bu barədə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün rəsmi Twitter səhifəsində məlumat verib. O, prezidentlərin qısa danışdıqlarını qeyd edib.

“Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?”-deyə C.Uorlik sual edib. 

Qeyd edək ki, Hollandiyanın Haaqa şəhərində III  nüvə təhlükəsizliyi sammiti keçirilib. Samitdə Azərbaycan və Ermənistan dövlət başçıları da iştirak ediblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok