Ərdoğanla Əliyev Qarabağ (Füzuli) və Şərqi Zəngəzurda (Zəngilana) iki istiqamətdə addım atdı:
Birincisi, Türkiyə ermənilərin yaşadığı bölgənin gələcəyinin Azərbaycan bayrağı altında həll edilməsi siyasətində Bakının yanındadır və bunun alternativi olmayacaq;
İkincisi, Zəngəzur dəhlizi açılır: Moskvanın istəyi ilə İrəvanın dəyişən mövqeyinin ardınca Bakı və Ankaranın dəhlizin təməlini qoyması layihənin önündə maneələrin aradan qaldırıldığı deməkdir.
Liderlərin mətbuata açıqlamaları da bu yöndə idi: Əliyev “Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”, Ərdoğan “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik” dedi. Və hər iki liderin Şuşa Bəyannaməsinə istinad etməsi təhdidlərə qarşı birlikdə mübarizənin davam etdiriləcəyi mesajı idi.
Lakin Ərdoğanın çıxışında iki məqam xüsusilə diqqət çəkir.
Bu fikirlər Ermənistana və adını çəkməsə də, kommunikasiyanın açılmasında maraqlı olan Moskvaya ünvanlanıb və çıxan nəticələr belədir ki:
- Ermənistana - blokadadan çıxmağın yeganə yolu sərhədin müyyənləşməsidir;
- Rusiyaya - kommunikasiyanın açılması üçün sərhədlərin delimitasiya prosesi Azərbaycanın haqlı mövqeyi çərçivəsində aparılmalıdır.
Türkiyə bununla Azərbaycan sərhədlərinin onun “qırmızı xətti” olduğunu da elan etmiş oldu.
Asif Nərimanlı