Modern.az

Separatçıların məhkəmədə dilləri quruyacaq! - Hərbi icmalçı

Separatçıların məhkəmədə dilləri quruyacaq! - Hərbi icmalçı

Analitika

4 Oktyabr 2023, 12:32

“Qarabağ məsələsinin hərbi-siyasi, siyasi-diplomatik sonluğu kimi, hüquqi sonluğu da olmalıdır və olacaq. İlk addım atılmışdı- xunta özünü buraxdı. Bu, rəsmən tanınmamış olsa da, Qarabağda yaşayan ermənilərin öz qondarma “höküməti” tərəfindən verilmiş hüquqi aktdır”.

Modern.az-ın məlumatına görə, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Qarabağ separatçılarının həbsindən danışarkən deyib.

O bildirib ki, hüquqi tamamlanmanın digər istiqaməti xunta üzvlərinin Azərbaycan əhalisinə, əsir və girovlara qarşı törətdikləri hərbi cinayətlərə və Azərbaycan dövlətinə qarşı cinayətlərə görə açıq ədalət məhkəməsi qarşısında cavab vermələridir.
 

“David Babayan kimi xunta üzvü və digərləri düşünürlər ki, məhkəmə tribunasını “sarsaxa” həsr olunmuş pafoslu siyasi çıxışlar üçün sui-istifadə edəcəklər... Ancaq məhkəmə zalında Xocalı, Qaradağlı, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəyli, Kəlbəcər kadrları nümayiş olunanda, genosiddən və etnik təmizləmələrdən sağ çıxanların canlı ifadələri veriləndə, eşidənlərin, görənlərin qanı damarlarında donacaq! O zaman müttəhim kreslosunda əyləşənlərin dilləri quruyacaq”, - hərbi icmalçı deyib.


Ekspert ümid edir ki, prosesin məntiqi sonluğu Njde ideologiyasının mühakiməsi ilə başa çatacaq:

“Azərbaycan ermənilərin dövlət ideologiyası olan tsexakronizmi BMT-nin beynəlxalq məhkəməsi tərəfindən və digər beynəlxalq strukturlarda faşizm və ekstremizm ideologiyası kimi tanınmasına nail olmalıdır. Biz nail olmalıyıq ki, tsexakronizm Ermənistanda rəsmən qadağan olunsun”.


N.Bayramın fikrincə, axtarışda olan hərbi cinayətkarlar Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri də gec ya tez Azərbaycan və beynəlxalq qanunlar qarşısında cavab verəcəklər.
 

“Daha bir kompleks, Azərbaycanın Ermənistana qarşı hüquqi iddialarıdır. Rəsmi açıqlamalara görə, bu istiqamətdə də beynəlxalq məhkəmələrdə işlər daim aparılır. Ancaq bu çəkişmələrin illərlə sürə biləcəyinə ictimai rəy olaraq, hazır olmalıyıq. Kompensasiyalara aid bəzi məsələlərin qismən, fərqli sahələrdə razılaşmalar yolu ilə həll olunması praktikası da var.

Bu kompleksə Azərbaycanın yeraltı və yerüstü milli sərvətlərini qeyri-qanuni istismar edən xarici şirkətlərə qarşı iddialar da aiddir. Beləliklə, haqq yerin tutur və tutacaqdır!”.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək