Mahaçqalada banket zalında qaz balonunun partlaması nəticəsində xəsarət alanların sayı 28-ə çatıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hazırda xəstəxanalarda 28 nəfər qalmaqdadır. Onlardan 5-in vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, partlayış bu gün “Layli” banket zalında baş verib. Partlayış ziyafət zalının zirzəmisində baş verib, zərərçəkənlər isə mətbəxdə işləyən qadınlar olublar. Bundan əvvəl 23 nəfərin yaralandığı bildirilirdi.
Modern.az