Modern.az

"Məmurun bacısı “Flora Baku”nu sökdürməklə hədələyir" - VİDEO

"Məmurun bacısı “Flora Baku”nu sökdürməklə hədələyir" - VİDEO

Aktual

Bu gün, 13:40

Bakıda fəaliyyət göstərən “Flora Baku” musiqili məkanı bağlanmaq təhlükəsi ilə üzləşib.

Modern.az xəbər verir ki, bu barədə məkanın “Instagram” səhifəsində paylaşım edilib.

Bildirilib ki, buna səbəb qonşuluğa yeni köçən qadının məkanın fəaliyyəti ilə bağlı şikayət etməsidir. Məkanın əməkdaşlarının iddiasına görə, həmin qadın özünü icra nümayəndələrindən birinin bacısı kimi təqdim edərək onların fəaliyyətini dayandırmağı tələb edib.

Paylaşımda qeyd olunub ki, qadın məkanın narkomaniya və əxlaqsızlıqla əlaqəli fəaliyyət göstərdiyini iddia edib. Lakin “Flora Baku”dan bildirilib ki, burada retro musiqi gecələri, konsertlər və xeyriyyə tədbirləri təşkil olunur.

Məkanın açıqlamasına görə, bu, artıq ikinci belə haldır. Həmçinin bildirilib ki, noyabrın 24-də icra nümayəndələrinin obyektə gələrək onun sökülməsi ilə bağlı tədbir görəcəyi barədə məlumat əldə ediblər.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər