Modern.az

Şəhərə çaxır seli gəldi

Şəhərə çaxır seli gəldi

Aktual

3 Avqust 2016, 22:28

Fransanın cənub-şərqindəki Set şəhərinə naməlum şəxslər minlərlə litr çaxır töküblər. Modern.az xarici mediaya istinadən bildirir ki, nəticədə şəhərin küçələrindən çaxır su kimi axıb.

Hadisə avqustun 2-dən 3-nə keçən gecə baş verib. Yanğınsöndürənlər spirtli axınla bacara biliblər, şəhərin bir prospekti yarım saata çaxırdan təmizlənib.

Milli polis hadisənin səbəbini aydınlaşdırır. Bunun bir təxribat aktı olduğunu istisna etməyənlər də var. Digər məlumata görə, insidentlə bağlı cavabdehliyi Üzümçülük hərəkatının regional komitəsi üzərinə götürüb. Bu komitə Fransanın İspaniyadan çaxır almasına etiraz edərək buna bənzər aksiyalar keçirir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı