Ağcabədi rayonunda yanğın qeydə alınıb. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumata görə, Ağcabədi rayonu, Aşağı Avşar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 2 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 16:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az