Modern.az

Azərbaycan qazı İtaliya üçün əhəmiyyətlidir

Azərbaycan qazı İtaliya üçün əhəmiyyətlidir

Aktual

Bu gün, 14:17

İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın ölkəsinin qaz təchizatını şaxələndirməsində mühüm rol oynadığını bildirib.

Modern.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Azərbaycan bazarı İtaliya üçün çox önəmlidir. Biz təchizat mənbələrini şaxələndirmək qərarına gəlmişik və Azərbaycanı qaz ixracatçısı kimi qiymətləndiririk”, – nazir bildirib.

Tayani enerji əməkdaşlığında Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəmərinin (TAP) rolunu qeyd edib. O, iki ölkə arasında sənaye, sualtı kabel və dəmir yolu layihələri üzrə də əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər