Azərbaycanda qeydiyyatdan keçmiş 167 İtaliya şirkətindən 124-ü hazırda fəaliyyət göstərir.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
“İtaliya ticarət dövriyyəsinə görə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır”, – nazir bildirib.