Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi rayonlara hərəkət edən marşrut avtobuslarının hərəkətinə mane olmayıb.
Bunu Modern.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.
O bildirib ki, bəzi rayonlara intensiv yağışların və qarın yağmasına baxmayaraq marşrutlar öz qrafiki ilə hərəkət edir.
"Əsasən bəzi rayonların dağlıq hissəsinə qar yağıb ki, bu da bizim işimizə mane olmur. Avtomobil yollarında maneə yoxdur. Marşrutlar qrafikə uyğun hərəkət edir".
Mirmahmud KAZIMOĞLU