Modern.az

Doğum günündə ölən aparıcının son paylaşımı: Qət ediləcək çox yolum var...

Doğum günündə ölən aparıcının son paylaşımı: Qət ediləcək çox yolum var...

Ölkə

Bu gün, 09:16

Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var.

Modern.az xəbər verir ki, bu sözləri son paylaşımında ötən gecə qəzada həyatını itirən ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman yazıb.

"Əzizlərim, bu, bir doğum günü deyil. Bu, bir hesabatdır. Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı. Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir.Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var. Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram" - deyə aparıcının ölümündən bir neçə saat öncə etdiyi paylaşımda qeyd olunub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə