Modern.az

İlham Əliyev Ağstafaya gedib

İlham Əliyev Ağstafaya gedib

Aktual

19 Oktyabr 2016, 13:24

Oktyabrın 19-da ölkənin qərb rayonlarına səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Qazaxdan Ağstafaya gedib.

Modern.az xəbər verir ki, dövlət başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

 

Prezident İlham Əliyev oktyabrın 19-da Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!