Modern.az

Samuxda partlayış: 2 yaralı

Samuxda partlayış: 2 yaralı

Aktual

21 Oktyabr 2016, 12:13

Samux rayonu, Aşağı Ağasıbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evdə yanğınla nəticələn partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nəticədə evin 1 otağının tavanı 3 m2 sahədə yanıb. Dağıntı olmayıb.

Partlayış zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alaraq yanğınsöndürənlər hadisə yerinə çatana kimi təcili yardım xidməti tərəfindən Gəncə Şəhər Xəstəxanasına aparılıblar.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı