Almaniyanın Kel şəhərində erməni ailəsinin beş üzvü ölü tapılıb. Ailənin daha iki üzvü ağır vəziyyətdədir.
Modern.az Almaniyanın “Die Zeit” qəzetinə istinadən xəbər verir ki, polis ölənlərin 46 yaşlı ata, onun 74 yaşlı anası və 10–14 yaşlı üç uşaq olduğunu açıqlayıb. Ölən uşaqlar həm Almaniya, həm də Ermənistan vətəndaşı olublar.
Hadisə uşaqların dərsə gəlməməsi məktəbdə narahatlıq doğurduqdan sonra üzə çıxıb. 12 yaşlı oğlan və 11 yaşlı qızın vəziyyəti kritikdir. Uşaqların anası hadisə zamanı evdə olmayıb.
Ölümlərə qaz sızmasının səbəb olduğu ehtimal edilir. Hadisənin halları araşdırılır.