Modern.az

Lerikdə dağ uçqunu avtomobil yolunu bağladı

Lerikdə dağ uçqunu avtomobil yolunu bağladı

Aktual

28 Oktyabr 2016, 15:11

“Bu gün səhər saatlarında Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş verib. Nəticədə yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub”.

Modern.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, dərhal əraziyə "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub.

“Qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətinə addımlar atılır. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub. Hazırda digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atılır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!