Modern.az

NİVA dərəyə aşdı: 2 yaralı

NİVA dərəyə aşdı: 2 yaralı

Aktual

30 Oktyabr 2016, 21:43

Qusar Şahdağ Qış Yay Turizm Mərkəzinə gedən yolda qəza baş verib. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, Qusar sakininə məxsus "Niva" markalı avtomobil Qusar-Şahdağ yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayıb.

 

"Niva" yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və maşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Qusar xəstəxanasına aparılan yaralılar, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Hadisə yerinə Qusar rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın yolun dumanlı və sərt enişli olması səbəbindən baş verdiyi bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı