Modern.az

İmamverdi İsmayılov Zəngilanın "işğal tədbiri"nə niyə getmədi?

İmamverdi İsmayılov Zəngilanın "işğal tədbiri"nə niyə getmədi?

Aktual

31 Oktyabr 2016, 16:25

 

Oktyabrın 29-u Zəngilanın düşmən tərəfindən işğalının 23-cü il dönümü günü ilə bağlı tədbir keçirilib. Məlumata görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən olan deputat İmamverdi İsmayılov tədbirdə iştirak etməyib.

Hansı səbəbə görə deputat  təmsil etdiyi rayonun işğalının ildönümü günü tədbirdə iştirak etməyib?

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən İmamverdi İsmayılov deyib ki, o ölkə hüdudlarından kənardadır:

 

“Xəstəliyimlə bağlı xaricdəyəm. Onun üçün tədbirdə iştirak edə bilməmişəm.  Burada böyüdüləcək heç nə yoxdur.  Azərbaycanda olsam, hamıdan əvvəl tədbirdə mən iştirak edəcəkdim. Səhhətim buna imkan vermədi”.

 

Qafar Ağayev

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı