Modern.az

Abşerondakı partlayışdan bir ailəyə 3-cü ölüm gəldi – ana da öldü...

Abşerondakı partlayışdan bir ailəyə 3-cü ölüm gəldi – ana da öldü...

Aktual

1 Noyabr 2016, 10:00

Abşeron rayonu Hökməli qəsəbəsindəki yaşayış evində baş verən partlayışda xəsarət almış “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova da  Türkiyədə müalicə aldığı xəstəxanada ölüb.

 Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Modern.az xatırladır ki, bundan öncə ağır vəziyyətdə Türkiyəyə aparılan ailə başçısı Müşfiq Qurbanov da vəfat etmişdi. O, oktyabrın 27-də Ankaradakı xəstəxanada dünyasını dəyişib.


Qeyd edək ki, oktyabrın 21-də səhər saat 7 radələrində Hökməli qəsəbəsindəki evdə baş vermiş partlayış nəticəsində 3 nəfər - 1972-ci il təvəllüdlü Müşviq Qurbanov, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və 2004-cü il təvəllüdlü Leyla Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri almışdılar. Müşviq Qurbanovun bədəninin 80 faizi, Şəbruz Novruzovanın bədəninin 80 faizi, Leyla Qurbanlının bədəninin isə 40 faizi yanmışdı.
Ailənin 3 yaşlı qızı Banıçiçək Qurbanlı isə hadisədə dünyasını dəyişmişdi.

İndi Qurbanovlar ailəsindən sağ qalan 12 yaşlı Leyla Qurbanlı Bakıda müalicə alır.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı