Ermənistanda məmurlar işə velosipedlə gedə bilərlər, ancaq regionlara avtomobillə yollanacaqlar. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bunu noyabrın 1-də parlament komissiyasında 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı hökumətin aparat rəhbəri-nazir David Arutyunyan deyib.
Nazır müavinlərinin işə velosipedlə gəldiyi nazirliklərdə xidməti avtomobillərin sayının azaldılmasının mümkünlüyü ilə bağlı deputatlardan birinin sualına cavabında Arutunyan qeyd edib ki, qaydalara əsasən bütün müavinlərin xidməti avtomobilləri var.
“Ola bilsin ki, nazir müavinləri işə velosipedlə gəlsinlər, lakin işlə bağlı regionlara getmək lazım olanda, yəqin bunu velosipedlə etməyəcəklər. Düşünmürəm ki, biz özümüzə regionlara velosipeflə getmək kimi “dəbdəbə” təşkil edək”, - Arutyunyan vurğulayıb.
Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytyanın vediyi xəbərə görə, yeni nazir müavini Samvel Markaryan işə velosipedlə gəlib-gedir. O, həttakatibə və ayrıca kabinetdən də imtina edib.
Modern.az